Accessibility links

BMT-nin Baş Assambleyasının 62-ci sessiyası işinə başlayıb


Bu gün ABŞ prezidenti Corc Buşun BMT-nin Baş Assambleyasının 62-ci sessiyasında çıxışı səslənib. Prezident Buş Birmaya qarşı sanksiyaların tətbiqi, İranın nüvə sulahı proqramı və digər məsələlərə toxunub. Amerika lideri Suriya, Belarus, Şimali Koreya, Zimbabve, Sudan və İran hökumətlərini insan hüquqları sahəsindəki pozuntulara görə tənqid edib. Prezidentin Kuba lideri Fidel Kastronu tənqidi Kubanın nümayəndə heyətinin sessiyanın keçirildiyi zalı tərk etməsinə səbəb olub. Corc Buş deyib ki, onun administrasiyası Birma hökumətinə qarşı sanksiyaları artıqmaqla ölkəyə dinc yolla dəyişiklik gətirilməsini istəyir. ABŞ prezidenti Amerikanın bu rejimin liderləri və onları maddi baxımdan dəstəkləyənlərə qarşı iqtisadi sanksiyaları gücləndirəcəyini deyib. “İnsan hüquqları sahəsinədəki ciddi pozuntuların məsuliyyətini daşıyanlara qarşı viza məhdudiyyətləri tətbiq ediləcək”-deyə prezident Buş bildirib.
XS
SM
MD
LG