Accessibility links

Həmkarlar ittifaqı avto-istehsalçı ilə razılığa gəlib


Birləşmiş Avto Fəhlələr İttifaqı General Motorsun rəhbərliyi ilə ilkin razılıq əldə etdiyini söyləyir. Birliyin Prezidenti Ron Gettelfinger bu gün səhər həmkarlar ittifaqının baş qərargahında bu haqda açıqlama verib. Gettelfinger deyir ki, birliyin 73 min işçisi günorta işlərinə qayıdacaq. Razılığa əsasən pensiyaya çıxmış birlik üzvlərinin vəsaitləri müstəqil fonda qoyulacaq. Həmin bu addım General Motors şirkətinə gələcəkdə 50 milyard dollar qənaət edəcək. Razılıq həmçinin qeyri-istehsal sektorunda çalışan fəhlələrin maaşlarını endirir. Avto-şirkət son illərdə Yapon avto-istehsalçıları ilə rəqabət aparmaq üçün xərcləri azaltmağa çalışır.
XS
SM
MD
LG