Accessibility links

BMT-nin Baş Assamleyasının sessiyasında bu gün İraqın xarici işlər naziri çıxış edəcək


İraqın baş naziri Nuri Əl-Maliki bu gün BMT-nin baş Assambleyasının 62-ci sessiyasında çıxış edənlər arasındadır. Dünənki sessiya zamanı nitq söyləyən İran prezidenti Mahmud Əhmədinejad ölkəsinin nüvə proqramını müdafiə etmiş, Amerika Birləşmiş Ştatlarını kəskin tənqid etmişdi. Amerikanın adını çəkmədən prezident Əhmədinejad insan hüquqlarının müəyyən qüvvələr tərəfindən kobudcasına pozulduğunu demişdi. İran lideri ABŞ-ın kütləvi qırğın silahları bəhanəsi ilə İraqı işğal etməsini tənqid etmişdi. Ondan əvvəl çıxış edən Prezident Buş Birmaya qarşı sanksiyaların tətbiqi, İranın nüvə sulahı proqramı və digər məsələlərə toxunmuşdu. Amerika lideri Suriya, Belarus, Şimali Koreya, Zimbabve, Sudan və İran hökumətlərini insan hüquqları sahəsindəki pozuntulara görə tənqid etmişdi.

XS
SM
MD
LG