Accessibility links

Kristofer Hill:"Yaponiya ilə Şimali Koreya arasında fikir ayrılıqları həll edilməlidir"


Amerikanın nüvə müzakirəçisi Kristofer Hill Yaponiya ilə Şimali Koreya arasında fikir ayrılıqları həll edilməyincə, Şimali Koreyanın nüvə proqramının dayandırılmasına nail olunmayacağını deyib. Tokioda danışan cənab Hill bildirib ki, Şimali Koreya tərəfindən oğurlanan yapon vətəndaşlarının azad edilməsi nüvə müzakirələrinin ayrılmaz və mühüm hissəsidir. Şimali Koreya 1970-80-ci illərdə yaponların oğurlandığını etiraf edir. 2002-ci ildə onların 5-i azad edilmişdi. Yaponiya isə girovda daha artıq insanın saxlandığını iddia edir. Məhz bu məsələ iki ölkə arasında gərginliyə səbəb olub. Bu həftə iki Koreya, Yaponiya, ABŞ, Çin və Rusiya nümayəndələri Şimali Koreyanın silahsızlaşması məsələsinin müzakirəsi məqsədi ilə danışıqlarını davam etdirir.

XS
SM
MD
LG