Accessibility links

Ranqunda təhlükəsizlik qüvvələri tərəfindən 9 nəfər öldürülüb.


Birma hökuməti bildirib ki, Ranqunda ölkənin hərbi hökuməti əleyhinə ən böyük etiraz nümayişlərinin yatırıldığı ikinci gün təhlükəszilik qüvvələri tərəfindən 9 nəfəri öldürülüb, 11 nəfər yaralanıb. Bu barədə məlumat bu gün axşam, dövlət televiziyası vasitəsi ilə verilib. Bundan sonra isə şahidlərin hərbiçilərin böyük izdihama atəş açdığını dediyi göstərilib.

Yaponiyanın Kyodo xəbərlər agentliyinin bildirdiyinə görə, bu gün baş verən zorakılıqlar nəticəsihndə bir Yaponiya jurnalisti qətlə yetirilib. Dünən isə hökumət bildirmişdi ki, hərbiçilərin açdığı atəş bir nəfərin ölümünə səbəb olmuşdu. Lakin şahidlər azı 5 nəfərin öldüyünü, yüzlərlə adamın yaralandığını və 100-dən artıq nümayişçinin həbs edildiyini deyirlər.

XS
SM
MD
LG