Accessibility links

Vaşinqtonda iqlim dəyişikliyi ilə bağlı  sammit keçirlir


Vaşinqton iqlim dəyişikliyi ilə bağlı iki günlük sammitə ev sahibliyi edir. ABŞ, Hindistan və Çin nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqda ABŞ dövlət katibi Kondoliza Rays deyib ki, iqlim dəyişikliyi probelimi olduqca mürəkkəb bir məsələdir. O, Amerikanın cari həftənin bazar ertəsi günü BMT-nin keçirdiyi sammitin önə çəkdyi məsələlərə dəstək verdiyini deyib. Dövlət katibi Rays əlavə edib ki, istixanə qazlarının təsirlərinə dair uzunmüddətli şərtlərə riayət edilməli, milli proqramlar hazırlanmalı və yeni texnologiyaların inkişafı üçün özəl sənaye müəssisələri ilə iş aparılmalıdır.

XS
SM
MD
LG