Accessibility links

İsrail Qəzza Zolağında hərbi əməliyyatlarını davam etdirir


Son iki gündə İsrailin Qəzza Zolağında apardığı hərbi əməliyyatlar nəticəsində azı 11 nəfərin qətlə yetirildiyi bildirilir. Fələstinin xəstəxana rəsmiləri bildirirlər ki, bu gün İsrailin hava qüvvələrinin hücumu zamanı azı iki Həmas yaraqlısı öldürülüb. İsrail hərbi qüvvələri isə Qəzzanın şimalında Həmasın raket mövqelərinin nişan alındığını deyir.

Fələstin rəsmiləri İsrailin dünən də Beit Hanon və Qəzza şəhərlərindəki hərbi əməliyyatlarının 9 nəfərin ölümünə səbəb olduğunu xəbər verirlər.

XS
SM
MD
LG