Accessibility links

Pakistanda hüquqşunaslar etirazları davam etdirir


Şahidlərin sözlərinə görə, Pakistan polisi Pərviz Müşərrəfin prezidentliyə namizədliyinə etiraz edən 200-ə yaxın hüquqşunası dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə edib. Ali məhkəmə binasından Mərkəzi Seçki Komissiyasina yürüş keçirən nümayişçilərlə polis arasında insident baş verib. Şahidlər polisin etiraz edənləri döydüyünü və bir neçəsini həbs etdiyini deyir. MSK seçkilərdə iştirak etmək istəyən 43 nəfərdən yalnız 6-nın namizədliyini təsdiqləyib. General Müşərrəfin başlıca rəqibləri isə təqaüddə olan hakim Vacihhüddin Əhməd və Pakistan Xalq Partiyasının sədr müavini Maxdum Amin Fahimdir. Gələn həftə prezidenti parlament üzvləri və vilayət cəmiyyətləri seçəcək. Qeyd edək ki, dünən Ali məhkəmə Müşərrəfin orduya rəhbərliyi əlində saxlamaqla yenidən prezidentliyə namizəd olmasını qanuni hesab etmişdi.
XS
SM
MD
LG