Accessibility links

Ukraynada parlament seçkiləri keçirilir


Ukraynada seçicilər parlament seçkilərində səs verir. Qərb yönlü prezident Viktor Yuşşenko bu seçkiləri özü və Rusiya ilə yaxın əlaqələrə malik rəqibi baş nazir Viktor Yanukoviç arasında yaranmış siyasi böhrana son qoymaq məqsədilə çağırmışdır. Seçkilərdən öncə xalqa müraciəti zamanı prezident Yuşenko deyib ki, seçicilər siyasi qarmaqarışıqlıq və daha yaxşı gələcək arasında seçim qarşısındadırlar. Rəy sorğuları göstərir ki, heç bir siyasi partiya parlamentdə böyük əksəriyyət qazana bilməyəcək. Bununla belə, baş nazir Yanukoviçin Regionlar Partiyasının 450 yerlik parlamentdə yrelərin daha çor yer qazanağı gözlənilir. Prezident Viktor Yuşşenkonun Bizim Ukrayna partiyası keçmiş baş nazir Yuliya Timoşenkonun partiyası ilə koalisiya yaradağına ümid bəsləyir. Seçkilərin nəticələrinin bazar ertəsi səhər açıqlanacağı gözlənilir.
XS
SM
MD
LG