Accessibility links

Pakistanda kamikadze hücumu 16 adamın ölümünə səbəb olub


Pakistanda qadın çadrasına bürünmüş intiharçının hücumu nəticəsində 4-ü polis işçisi olmaqla, 16 adamın həlak olduğu bildirilir. Bannu şəhərindəki bu hücum 29 adamın yaralanmasına səbəb olub. Polis intiharçının rikşa ilə yoxlanış məntəqəsinə yaxınlaşdığını, dayanmaq göstərişindən sonra özünü partlatdığını bildirib. Bannu Pakistan ordusunun Əl-Qaidə və Taliban yaraqlılarına qarşı mübarizə apardığı Şimal Vəziristan regionunda yerləşir.

XS
SM
MD
LG