Accessibility links

BMT nümayəndəsinin Birma səfəri başa çatdı


BMT elçisi Birmada demokratik hərəkat iştirakçılarına basqıları dayandırmaq məqsədilə həmin ölkənin hərbi rəhbəri ilə görüşüb. Xüsusi elçi İbrahim Qəmbəri general Tan Şve ilə bu gün ötən həftə nümayişlərin dağıdıldığı Ranqundan xeyli uzaqda yerləşən paytaxt Naypitavda bir araya gəlib. Tan Şve ilə görüşdükdən sonra o, Ranquna qayıtmış və ikinci dəfə müxalifət lideri Aunq San Su Şi ilə görüşmüşdür. Bundan sonra Qəmbəri Burmanı tərk edib.

Gözlənilirdi ki, bu görüşlər zamanı Qəmbəri generalı və onun hökumətini basqılara son qoymağa və həqiqi demokraik islhatalara doğru irəliləmək üçün təzyiq göstərəcək. Bu görüşlərdən hansı nəticənin əldə olunduğu hələ bilinmir.

Bu arada BMT-nin Ali Insan Hüquqları Qurumu Cenevrədə Birma ilə bağlı sessiya keçirib. Avropa Birliyi BMT-nin İnsan Hüquqları Şurasını Birmanın zorakı basqılarını pisləməyə çağırır.

XS
SM
MD
LG