Accessibility links

İzmir şəhərində bomba partlayışları baş verib


Türkiyə rəsmiləri deyirlər ki, İzmir şəhərində iki müxtəlif bomba partlayışı nəticəsində bir adam ölmüş, bir neçə nəfər isə yaralanmışdır. Polis deyir ki, ilk partlayış ticarət mərkəzi yaxınılığında baş vermiş və nəticədə 2 adam yaralamışdır. Bir neçə saat sonra bankda baş verən ikinci partlayış bir adamın həyatına son qoymuş, 2 nəfəri yaralamışdır.

Türkiyənin NTV telekanalında dağıntı nümayiş etdirilib. TV kanalının məlumatına görə, bomba yoldan keçən motosikletdən atılıb. Hücumun məsuliyyətini heç kim üzərinə götürməyib.

XS
SM
MD
LG