Accessibility links

İntiharçı Kabildə 13 nəfərin həyatına son qoyub


Afqan rəsmilərinin məlumatına görə, kamikadzenin Kabildə polis mikroavtobusunun yanında özünü partlatması nəticəsində 13 nəfər həlak olub. Ölənlərdən 8-i polis, 5-i isə mülki vətəndaşdır. Mülki vətəndaşlar arasından 3 nəfər körpə var. Ölənlərdən başqa 7 nəfərin yaralandığı da bildirilib. Taliban yaraqlıları məsuliyyəti öz üzərinə götürüblər. Dünən Kabildə baş verən teraktda isə 30 nəfər ölmüşdü.
XS
SM
MD
LG