Accessibility links

İslamabaddakı Qırmızı Məscid yenidən açılıb


Pakistan rəsmiləri İslamabaddakı üç aydır bağlı olan Qırmızı Məscidi yenidən açıblar. Pakistanın Ali Məhkəməsi Ləl Məscidinin açılması haqda göstərişi bu gün verib. Üç ay bundan əvvəl məscid yeddi gün təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alındığı zaman 100 adam həlak olmuşdur. İyul ayında məscid qısa müddətə açılmış, lakin etirazçıların oranı tutması və yaxınlıqda 14 adamın ölümülə nəticələnmiş intiharçı hücumundan sonra yenidən bağlanmışdır. Məscidin mühasirəyə alınması Pakistanda islamçı ekstremistlərin hücumlarının artmasına gətirib çıxarmışdır.
XS
SM
MD
LG