Accessibility links

Koreyalar arasında rəsmi görüş keçirilib


Cənubi Koreya prezidenti Roh Mun Hyun Şimali Koreya lideri Kim Yong İllə rəsmi görüşlərinin ilk günü məmnunluğunu dilə gətirib. Cənab Rohun sözçüsünün bildirdiyinə görə, tərəflər səfərin cümə axşamı günü başa çatmasından əvvəl razılıq layihəsi üzərində işləyir. Qeyd edək ki, bu, şimalla cənub arasında son yeddi il ərzində keçirilən ilk rəsmi görüşdür. Roh Mu-Hyun Şimali Koreya lideri Kim Yonq İlin sammitin bir gün uzadılması xahişini rədd edib. Cənubi Koreya lideri tərəflər arasında etimadın dərinləşdirilməsinin vacibliyini vurğulayıb. O, hər iki ölkənin sülh və barışıq istəyinə malik olduğunu deyib.

XS
SM
MD
LG