Accessibility links

Yaraqlılar Polşanın İraqdakı səfirini yaralayıb


Bağdadda yaraqlıların Polşa diplomatik kortejini atəşə tutulması nəticəsində ölkənin İraqda olan səfiri yaralanıb. İraq rəsmilərinin sözlərinə görə, Polşa mühafizəçisi və yoldan keçən bir nəfər həlak olub. Al-Arasatda baş verən atışmada bir neçə insanın yaralandığı bildirilib. Polşa 2003-cü ildən ABŞ-ın İraqa müdaxiləsini dəstəkləyir. Dünən isə koalisiya qüvvələri şimal-şərqdə olan Diyala vilayətində 2 başlıca yaraqlını öldürməyə müvəffəq olmuşdu.
XS
SM
MD
LG