Accessibility links

Türk ordusu ilə kürd separatçıları arasında yenidən toqquşma olub


Türkiyə rəsmiləri bildirirlər ki, Türkiyənin cənub-şərqində hərbi qüvvələrlə kürd üsyançıları arasında baş verən qarşıdurma nəticəsində 3 kürd separatçısı öldürülüb. Rəsmilər hadisənin bu gün, Türk hərbi qüvvələrinin Suriya ilə sərhəddəki Mardin vilayətində apardıqları əməliyyatlar zamanı baş verdiyini deyirlər.

Bir neçə gün bundan əvvəl isə fəaliyyəti qadağan edilmiş PKK üsyançıları Türkiyənin İraqla sərhəddinə yaxın ərazidə 12 nəfəri qətlə yetirmişlər.

XS
SM
MD
LG