Accessibility links

Birma müxalifəti hökumətin vədinə inanmır


Birma müxalifəti hökumət rəsmilərinin müxalifət lideri Aunq San Suu Şi ilə görüşmək barədə təklifinə inanmadığını bildirib. Milli Demokratiya Liqasının sözçüsü Nyan Vin deyib ki, Şi bu təklifi nəzərdən keçirəcək. Qeyd edək ki, general Tan Şve müxalifətin etiraz aksiyalarını dayandıracağı təqdirdə onların liderləri ilə görüşməyə razı olduğunu bildirmişdi. Bundan başqa bu gün BMT nümayəndəsi İbrahim Qəmbərinin Birmadakı zorakılıqlar haqda hesabatı açıqlaması gözlənilir.
XS
SM
MD
LG