Accessibility links

Kondaliza Rays təhlükəsizlik şirkətlərinin izlənməsini tapşırıb


ABŞ dövlət katibi Kondoliza Rays qərar qəbul edib ki, dövlət təhlükəsizlik xidmətinin nümayəndələri İraqda fəaliyyət qöstərən müammalı özəl mühafizəçiləri müşahidə etsinlər. Xanım Raysın bu gün verdiyi qərar, ABŞ təhlükəsizlik xidmətlərinin keçən ay 11 nəfər dinc İraq vətəndaşının öldürülməsi ilə əlaqədar qəbul edilən tədbirlərin bir hissəsidir. Xatırladaq ki, 11 nəfər iraqlı, Bağdadda ABŞ diplomatlarına qarşı nümayiş zamanı insanlara açılmış atəş nəticəsində ölmüşdü. Qəbul ediləcək tədbirlər sırasında fərdi şirkətlər işləçilərin maşınında video kameraların qurulması və müşahidə zamanı patrulun ABŞ səfirliyi ilə apardığı radio söhbətlərin yazılması olacaq.
XS
SM
MD
LG