Accessibility links

Müşərrəf prezident seçkilərində qalib gəlib


Pakistanın seçki rəsmiləri bu gün keçirilən prezident seçkilərində Pərviz Müşərrəfin səslərin böyük bir qismini topladığını bildirib. Mərkəzi Seçki Komissiyasının sədri Qazi Məhhəmməd Faruq general Müşərrəfin parlamentdəki səsvermədə 257 səsdən 252-ni aldığını deyib. 3 bülleten etibarsız sayılıb. 2 nəfərsə generalın əsas rəqibi Vacuhiddin Əhmədə səs verib. Pakistan telekanalının verdiyi məlumata görə, cənab Müşərrəf ölkənin 4 vilayət məclisinin 3-ünün səsini almağı da bacarıb. Buna baxmayaraq, o, Ali Məhkəmənin qərarı çıxmayınca rəsmən prezident élan olunmayacaq. Buna səbəb Müşərrəfin prezidentliklə yanaşı, ordu rəhbərliyini də əlində saxlamasıdır. Məhkəmənin oktyabrın 17-də qərar çıxartması gözlənilir.
XS
SM
MD
LG