Accessibility links

Türkiyə hərbçiləri 1 kürd seperatçısını öldürüb


Türkiyə təhlükəsizlik qüvvələri ölkənin İraqla sərhədində bir kürd yaraqlısını öldürməyə müvəffəq olub. Rəsmilərin sözlərinə görə, cümə günündən Şırnakda başlayan döyüş zamanı 3 türk əsgəri yaralanıb. Keçən həftə PKK yaraqlıları mikroavtobusu puskuya düşürərək 12 nəfər sərnişini öldürmüşdülər. Ötən ayın sonlarında rəsmi Ankara İraqla PKK separatçılarına qarşı birgə mübarizə aparmaq barədə razılığa gəlmişdi. Qeyd edək ki, PKK yaraqlıları Türkiyənin cənub şərqində muxtariyyət uğrunda 1984-cü ildən müharibə aparırlar. Münaqişə bu günə kimi 30 min insanın həlak olması ilə nəticələnib.
XS
SM
MD
LG