Accessibility links

İran BMT-nün nüvə ekspertləri ilə görüşməlidir


İran BMT-nün nüvə ekspertləri ilə danışıqların növbəti raundunun bu həftə təşkil ediləcəyini bəyan edib. İranın xarici işlər naziriliyinin sözçüsü Məhəmməd Əli Hüseyni deyib ki, müzakirələr çərşənbə axşamı günü Tehranda baş tutmalıdır. O, uranın zənginləşdirilməsi məqsədi ilə istifadə edilən sentrifuqaların inkişafı məsələsinin müzakirə ediləcəyini deyib. Xatırladaq ki, İran dekabr ayınadək Beynəlxalq Atom Enerjisi Agentliyi qarşısında nüvə fəaliyyətlərinə dair bütün sualları cavablandırmaq barədə öhdəliyə malikdir.

XS
SM
MD
LG