Accessibility links

Moskvada nümayişçilər Politkovskayanın qatilinin tapılmasını tələb edir


Bir il əvvəl öldürülmüş Rusiya jurnalisti Anna Politkovskayanın xatirəsinə həsr olunan yürüş bu gün Moskva küçələrində güclü nəzarət altında başlayıb. Yürüş təşkilatçıları deyir ki, yüzlərlə insan hökumətdən jurnalistin qatillərinin tapılmasını tələb etmək üçün bura yığışıb. Nümayişi Rusiyanın keçmiş baş naziri Mixail Kasyanovun başçılıq etdiyi İnsanların Demokratik Birliyi partiyası maliyyələşdirib. Qeyd edək ki dünən, politkovskayanın xatirə mərasimində iştirak etməyə gələn 5 əcnəbi hüquq müdafiəçisi həbs edilib. Böyük Britaniya, İspaniya və Almaniya vətəndaşı olan bu 5 nəfərin saxlanılmasına səbəb immiqrasiya statuslarının olmaması göstərilir.
XS
SM
MD
LG