Accessibility links

Tehran universitetinin tələbələri prezidentə etirazlarını bildiriblər


İranlı tələbələr Tehran Universitetində çıxış etməzdən öncə İran prezidenti Mahmud Əhmədinejada etirazlarını bildiriblər. Yüzə yaxın tələbə bu gün universitetdə toplaşaraq cənab Əhmədinejadı diktator adlandıran şüarlar səsləndirmişlər. Tələbələr həmçinin baxışlarını ifadə etdiklərinə görə həbs olunan tələbələrin azad edilməsinə səsləyiblər. İran polisi piketçilərə universiteti tərk etməyə imkan verməyib. İran dövlət mediasının məlumatına görə tələbələr polisə daş atıblar. Əhmədinejadın tərəfdarı olan başqa tələbələr də nümayiş keçirib. Onlar piketçiləri ikiüzlü adlandırmış və onlardan universiteti tərk etməyi tələb etmişlər. Etirazlara baxmayaraq İran prezidenti məktəb ilinin başlanğıcı ilə bağlı çıxışını davam etdirib.

XS
SM
MD
LG