Accessibility links

2007-ci il kimya sahəsində Nobel mükafatı alman alim Qerhard Ertlə verilib


2007-ci ilə kimya sahəsində Noebl mükafatı metal kimi bərk maddələrdə kimyəvi prosesləri tədqiq etdiyinə görə alman alim Qerhardt Ertlə verilib. Mükafata laureatın adını açıqlayan İsveç Kral Elmlər Akademiysasının üzvü Qunar Heycine deyib ki, Ertlin tədqiqatları alimlərə dəmirin nə üçün paslandığı, yanacaq baklarının necə funksiya göstərdiyi və avtomobillərdə katalizatoruların necə işlədiyini başa düşməyə kömək etmişdir. İsveç Elmlər Akademiyası həmçinin bildirib ki, alimin tədqiqatları ozon qatının dağılmasının səbələrini izah edə bilmişdir. Qerhardt Ert bir alim kimi mükafata layiq görüldüyünə görə böyük fəxr hissi keçirdiyini deyib və 71 yaşının tamam olması ilə üst-üstə düşdüyü üçün bunun həm də ona hədiyyə olduğunu əlavə edib.
XS
SM
MD
LG