Accessibility links

ABŞ-ın birinci xanımı Birma liderlərini hakimiyyətdən getməyə çağırıb


ABŞ-ın birinci xanımı Lora Buş bugünkü qəzet məqaləsində Birma hərbi liderlərinin legitimliyini itirdiyini deyərək, onları hakimiyyətdən getməyə çağırıb. Uoll Strit Cornalda yazısı ilə çıxış edən xanım Buş Birmanın ali generalı Tan Şve və onun müavinlərini dostsuz rejim adlandırmış və Birmanın legitim liderlərə malik olmasının vacibliyini vurğulamışdır. O, həmçinin Birma liderlərinini terror kampaniyasına son qoymağa və Aunq San Su Kyi və başqa müxalifət ldierləri ilə dialoqa getməyə çağırmışdır. Ötən il ərzində xanım Buş dəfələrələ Birma hərbi xuntasına qarşı çıxışlar edib.
XS
SM
MD
LG