Accessibility links

ABŞ dövlət katibi azad ticarət razılığının təsdiqinə çağırır


ABŞ dövlət katibi Kondolizza Rays Konqresi 3 Latın Ameirkası ölkəsi ilə azad ticarət razılığına dair qanunun təsdiqinə çağırıb. Kondoliza Rays deyib ki, razılığın təsdiq edilməməsi Amerikanın regiondakı reputasiyasına zərər yetirə bilər. O, bunun Peru, Panama və Kolumbiya liderlərinin demokratiyanın inkişafı səylərinə mane ola biləcəyini deyib. Dövlət katibi deyib ki, qanun təsdiq edilməsə, bu, Amerikanın vədlərinə əməl etmədiyinə görə etibardan düşməsinə səbəb ola bilər. Xatırladaq ki, Nümayəndələr Palatası və Senatda Peru ilə azad ticarət razılığı artıq təsdiq edilib. Panama ilə azad ticarət razılığının təsdiq ediləcəyi gözlənilir. Lakin Kolumbiya ilə o ölkədə insan hüquqlarının vəizyyətinə görə ticarət əlaqələri barədə razılığın qəbul ediləcəyi təxmin edilmir.

XS
SM
MD
LG