Accessibility links

Türkiyə erməni soyqırımına dair qətnamənin təsdiqini kəskin qınayır


Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin Türkiyədə Osmanlı İmperiyası dövründə ermənilərin soyqırıma məruz qalmasına dair qətnamənin təsdiqi Türkiyə liderləri tərəfindən kəskin şəkildə qınanıb. Genosidlə bağlı bu qətnamə 27 leyhinə, 21 əleyhinə səslə təsdiq edilib. Hazırda sənəd ABŞ prezidenti Corc Buş və Türkiyə rəsmilərinin qəti əleyhinə olmasına baxmayaraq tam təsdiq üçün 435 üzvlü Nümayəndələr Palatasına təqdim edilir.

Prezident Buş qətnamənin NATO-ya üzv, ABŞ-ın İraq və Əfqanıstandakı qüvvələrinin təchizat tranziti olan Türkiyə ilə münasibətlərə ziyan vuracağı barədə xəbərdarlıq vermişdi. Türkiyə hökumətinin rəsmi bəyanatında deyilir ki, heç vaxt törədilməyən cinayətə dair sənədin təsdiqi qəbuledilməzdir. Türkiyə prezidenti Abdulla Gül qətnamənin türk xalqı üçün heç bir hüquqi dəyəri olmadığını deyib.

XS
SM
MD
LG