Accessibility links

Türkiyə parlamenti kürd seperatçılarına qarşı əməliyyat məsələsinə gələn həftə baxacaq


Türkiyə hökuməti şimali İraqda Kürd seperatçılarına qarşı mümkün əməliyyatların parlamentdə təsdiqinə gələn həftə çalışacaq. Dünən baş nazir Rəcəb Tayyip Ərdoğan təklifin bu gün parlamentə çıxarılacağını demişdi. Ancaq parlament bayram səbəbilə bu gün fəaliyyət göstərmir. Əgər qanun təsdiq olunsa, orduya bir il ərzində hərbi müdaxilələr etməyə imkan veriləcək. Cənab Ərdoğanın sözlərinə görə, təklif təsdiq olunan kimi hərbi əməliyyatlar hər an başlaya bilər. Türklərin sözlərinə görə, PKK seperatçıları şimali İraqda türklərə qarşı hücumlar təşkil edir. ABŞ isə Türkiyəyə yaraqlılara qarşı birtərəfli əməliyyatlar aparmamaq haqda xəbərdarlıq edib.

XS
SM
MD
LG