Accessibility links

ABŞ dövlət katibi Kondoliza Rays və müdafiə naziri Robert Geyts  Moskvadadır


Rusiya prezidenti Vladimir Putin ABŞ-ı Şərqi Avropa ölkələrində raketlərdən müdafiə sistemi yerləşdirilməsi planından əl çəkməyə çağırıb. Prezident deyib ki, Rusiya şərtləri nüvə silahına malik olan ölkələrə şamil edilməsə, nüvə raketlərinə dair sazişdən geri çəkiləcək. Vladimir Putin bu sazişin günün tələbinə cavab vermədiyini bildirib. Rusiya lideri bunları ABŞ rəsmiləri ilə bağlı qapılar arxasında keçirdiyi görüşdən əvvəl söyləyib. ABŞ dövlət katibi Kondoliza Rays və müdafiə naziri Robert Geyts prezident Putin və Rusiyanın digər yüksək səviyyəli rəsmiləri ilə görüş məqsədi ilə Moskvadadır. Onlar iki günlük görüşlər çərçivəsində İran, Kosovo və digər məsələləri müzakirə edir.

XS
SM
MD
LG