Accessibility links

Hindistan baş naziri nüvə müqaviləsini müdafiə edir


Hindistan baş naziri Manmohan Sinq Birləşmiş Ştatlarla nüvə müqaviləsi ətrafında qalmaqala baxmayaraq erkən seçkilərin keçirilməsini gözləmir. Bu saziş Hindistana ABŞ-dan nüvə yanacağı və texnologiya almağa imkan verir. Lakin Hindistan kommunistləri razılıqla bağlı hökuməti tərk etməklə hədələyirlər. Belə ki, onlar müqavilənin nüvə proqramını zərbə altına qoyduğunu iddia edirlər. Bu gün Yeni Dehlidə konfransda çıxış edən cənab Sinq deyir ki, razılıq həm Hindistan həm də dünya üçün şərəfli bir sazişdir. Baş nazir ümid etdiyini bildirib ki, Hindistan ABŞ müqaviləsini qoruyub saxlamaqdan ötrü kommunistlərlə anlaşmaya gələ biləcək.
XS
SM
MD
LG