Accessibility links

ABŞ rəsmilərinin Rusiya səfəri başa çatır


ABŞ-ın müdafiə naziri Robert Geyts bu gün Rusiya hərbi kursantları qarşısında etdiyi çıxışı zamanı Amerikanın təhlükəsizlik sahəsində əməkdaşlığa hazır olduğunu deyib. Moskvada Həbri Akademiyada çıxış edən müdafiə naziri Robert Geyts iki ölkə arasındakı tarixi əlaqələrdən danışmış, Rusiyanın müharibələrdən çəkdiyi əzabı heç bir ölkənin çəkmədiyini demişdir. İki günlük Moskva səfərinin sonunda müdafiə naziri Geyts 1991-ci il körfəz müharibəsi zamanı Amerikanın uğurunu 1980-ci illərdə Sovet hərbi qüvvələrindən qaynaqlandığı modernizasiya ideyaları ilə əlaqələndirmişdi. ABŞ dövlət katibi Kondoliza Rays və müdafiə naziri Robert Geyts Moskva görüşləri çərçivəsində İran, Kosovo və digər məsələləri müzakirə edir.

XS
SM
MD
LG