Accessibility links

Birmada məhdudiyyətlər aradan qalxır


Birma sakinlərinin sözlərinə görə, hökumətlə demokratiya tərəfdarları arasındakı qarşıdurmanın başlamasından bəri bu gün ilk dəfə rəsmilər qadağan saatını yüngülləşdirib və Ranqunda interneti bərpa edib. Şahidlər deyir ki, qadağan saatı azaldılaraq gecə 6-dan 4-ə endirilib. İnternet istifadəçiləri isə dünən gecədən vebə daxil ola bildiklərini söyləyir. İnsanların zorakılıqlarla bağlı internete şəkil və video lentlər yerləşdirməsindən sonra, hökumət başlıca internet sistemini kəsmişdi. Məhdudiyyətlərin azalmasına baxmayaraq, rəsmilər hələ də demokratiya fəallarını tutmağa davam edir. Amnesti İnternational-ın məlumatına görə, keçən aydan bəri Birmada minlərlə rahib və fəal həbs olunub. Bu arada ABŞ dövlət katibi Kondaliza Rays BMT-nin xüsusi nümayəndəsi İbrahim Qəmbərinin təcili olaraq Birmaya qayıtmasını istəyib.
XS
SM
MD
LG