Accessibility links

Şiə lideri İraqın muxtar regionlara ayrılmasını istəyir


İraqın ən böyük şiə partiyasının ali rəhbərlərindən olan Əmmar əl-Həkim dünən İraq Ali İslam Şurasında etdiyi çıxışında ölkənin şiə, sünni və kürd muxtar regionlarına bölünməsinə çağırıb. Atası Əbdül Əziz əl –Həkim xərcəng xəstəliyi diaqnozu ilə güclü müalicə keçdiyindən o, partiya rəhbərliyini atasından götürməyə hazırlaşır. Hakim İraq xalqını cənubda əksəriyyət təşkil edən şiələrdən başlayaraq, özünü idarəetmə sistemi yaratmağa çağırıb. Bununla belə, o, federal hökumət sistemi yaratmaqla İraqın birliyinin qorunub saxlanmasının vacibliyini də vurğulayıb.
XS
SM
MD
LG