Accessibility links

Rusiya prezidenti və Almaniya kansleri təhlükəsizliyə dair danışıqlar aparırlar


Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Anqela Merkellə enerji, təhlükəsizlik və ABŞ-ın mərkəzi Avropada raketlərdən müdafiə sistemi yerləşdirmək planlarını müzakirə etmək üçün bu ölkəyə səfər edib. Visbaden şəhərində iki gün sürəcək danışıqlar bu gün işgüzar naharla başlayıb. Kansler Merkel deyib ki, tərəflər İranın nüvə proqramı və Kosovonun gələcəyi məsələlərini də müzakirə edəcəklər. Bazar ertəsi liderlərin birgə mətbuat konfransı keçirəcəyi gözlənilir. Visbaden görüşü ABŞ və Rusiyanın yüksək səviyyəli rəsmilərinin Amerikanın raketlərdən müdafiə sistemini yerləşdirmək planlarını müzakirə etməsindən sonra keçirilir.
XS
SM
MD
LG