Accessibility links

Rusiya prezidenti ilə Almaniya kansleri İranın nüvə proqramını müzakirə ediblər


Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel İranın nüvə proqramı və ABŞ-ın Şərqi Avropada anti-raket sistemi yerləşdirmə planlarını müzakirə ediblər. Xanım Merkel bu gün cənab Putini Vizbaden şəhərində fəxri qarovulla qarşılayıb.

Danışıqlardan əvvəl xanım Merkel cənab Putinlə İrana qarşı yeni sanksiyaların mühümlüyü haqda danışacağını bildirmişdi. Bu arada, Rus mediasında ona qarşı sui-qəsd planına dair məlumatlar dolaşmasına baxmayaraq, Rusiya prezidenti Vladimir Putin İrana gedəcəyini deyib. Cənab Putin bu açıqlamanı bu gün Almaniyada keçirdiyi mətbuat konfransında verib.

XS
SM
MD
LG