Accessibility links

Sabiq Sovet dissidenti seçkilərdə iştirak edəcək


Rusiya televiziyasının verdiyi məlumata görə, son 14 ildə ilk dəfə olaraq sabiq Sovet dissidenti prezident seçkilərində iştirak etmək üçün Rusiyaya dönüb. Moskva Ren TV-si xəbər verir ki, Vladimir Bukovski bu gün mühacirətdə yaşadığı Britaniyadan Moskvaya gəlib. Bu ilin əvvəlində Bukovski Rus intellektuallarının seçkilərə qatılmaq çağırışını qəbul edib. Bukovski 12 il Sovet həbsxanalarında, düşərgələrində və psixiatrik müəssisədə keçirdikdən sonra 1976-cı ildə Britaniyaya getmişdi. Son müsahibələrində Bukovski xəbərdarlıq edib ki, prezident Vladimir Putinin hakimiyyəti dönəmində Rusiya Sovet erasının repressiyalarına qayıdır.
XS
SM
MD
LG