Accessibility links

Kristofer Hil Şimali Koreyanın vədinə əməl edəcəyinə inanır


ABŞ-ın Şimali Koreyanın nüvə proqramı üzrə ali nümayəndəsi Kristofer Hil Avstraliyanın Sidney şəhərində çıxışı zamanı Pxenyanın bu ilin sonuna kimi bütün nüvə fəaliyyətlərini başa çatdıracağına inandığını söyləyib. Şimali Koreya uzun müddətdi nüvə silahının istehsalına yol açan proses - uranın zənginləşdirilməsində şübhəli bilinir. Şimal zənginləşdirməni davam etdirmədiyini bildirir, ancaq etiraf edirlər ki, onlarda nüvə çeşidi olan plutonium mövcuddur. İyul ayında Şimali Koreya başlıca nüvə kompleksi – Yonqbyonqu bağladı. Ayın əvvəlində isə ölkə bu ilin sonuna kimi bütün nüvə proqramını dayandırmağa razılıq verib. Keçən həftə ABŞ mütəxəssisləri sökmə planının retyojunu cızmaq üçün Şimali Koreyaya gediblər.

XS
SM
MD
LG