Accessibility links

Türkiyə parlamenti İraqdakı kürd üsyançılarına qarşı hərbi əməliyyatlara dair sənədi təsdiq etdi


Bu gün Türkiyə parlamenti İraqın şimalında kürd üsyançılarına qarşı hərbi əməliyyatlarına dair sənədi təsdiq edib. Türkiyənin baş naziri Rəcəb Teyyib Ərdoğan deyib ki, bu sənədin təsdiqi hərbi əməliyyatların dərhal həyata keçirilməsi demək deyil. O, Türkiyənin lazımi vaxt və lazımi şərtlərlə özünü müdafiə edəcəyini deyib.

Türkiyə İraqda yerəşən Kürdüstan Fəhlə Partiyası, başqa sözlə PKK döyüşçülərini ötən iki həftə ərzində 30 əsgəri və bir neçə mülki vətəndaşın qətlində ittiham edir. İraqın baş naziri Nuri Əl-Maliki sənədin təsdiqindən əvvəl türkiyəli həmkarına zəng edərək, İraqdan Türkiyəyə qarşı hərbi əmliyyatlara mane olunacağı vədlərinə sadiq qaldığını deyib.

ABŞ prezidenti Corc Buş bu gün Ağ Evdə təşkil edilən mərbuat konfransında İraqın şimalına əlavə qüvvə göndərilməsinin Türkiyənin maraqlarına zidd olduğunu deyib.

İraqın vitse-prezidenti Tariq Əl-Haşimi bildirib ki, Türkiyə əməliyyata keçməzdən PKK-ya qarşı ölçülər götürülməsinə vaxt verməlidir.

XS
SM
MD
LG