Accessibility links

Rusiya Təhlükəsizlik xidmətinin zabiti Politkovskayanın qətlində şübhəli bilinir


Rusiya xəbərlər agentlikləri bildirir ki, Anna Politkovskayanın qətlində şübhəli bilinən 9 nəfər arasında Federal Təhlükəsizlik Xidmətinin ali zabiti Polkovnik-leytenant Pavel Ryaquzov da var. Təhqiqatçılar Ryaquzovu Anna Politkovskayanın ünvanını ittiham olunan digər adama verməsində sübhəli bilirlər. O adam isə polkovnik-leytenantdan aldığı ünvanı qatilə çatdırıb. Ryaquzov avqust ayında başqa işlə əlaqədar həbs edilmişdi. Rusiyanın baş prokurorluğu Politkovskayanın qətlində 9 nəfərin ittiham olunduğunu bildirib. Məqalələrində Kremli tənqid edən jurnalist keçən ilin oktyabrında Moskvadakı evində qətlə yetirilmişdi.
XS
SM
MD
LG