Accessibility links

Beynəlxalq ictimaiyyət demokratik islahatlar müqabilində Birmaya iqtisadi yardım paketi təklif etməyi planlaşdırır


BMT-nin Birma üzrə xüsusi nümayəndəsi İbrahim Qəmbəri bildirib ki, ölkənin hərbi liderlərinə demokratik islahatlar müqabilində iqtisadi yardım paketi təklif ediləcək. O, İndoneziyanın paytaxtı Çakartadakı çıxışında deyib ki, bu iqtisadi yardım onu göstərir ki, dünya Birmanın hərbi hökumətini təkcə cəzalandırmaq istəmir.

Qəmbəri Birmada hökumətinə keçən ay demokratiya tərəfdarı nümyişləri qəddarcasına dağıtmasından sonra təzyiqlərin artırılması məqsədi güdən Asiya səfərinin bir hissəsi kimi Çakartadadır.

BMT Dünya Ərzaq Proqramı isə bildirib ki, Birmanın geniş kənd təsərrüfatı potensialının olmasına baxmayaraq, ölkədə milyonlarla insan aclıq içindədir. Təşkilatın regional direktoru Toni Banburinin sözlərinə görə, ölkə əhalisinin 10 faizi – 5 milyon insan aclıqdan əziyyət çəkir.

XS
SM
MD
LG