Accessibility links

Minlərlə kürd Türkiyənin mümkün müdaxiləsinə etiraz nümayişi keçirib


Bu gün İraqın şimalında minlərlə kürd Türkiyə parlamentinin İraqın şimalında kürd üsyançılarına qarşı hərbi əməliyyatlarına dair sənədin təsdiqinə etiraz olaraq yürüş keçirib. İrbil aksiyasında hökumət işçiləri, tələbələr iştirak edib. Nümayişçilər Türkiyənin hərbi müdaxiləsindən müdafiə çağırışı ilə BMT rəsmilərinə məktub ünvanlayıblar. Sənəd dünən parlamentdə təsdiq edilmişdi. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan demişdi ki, bu sənədin təsdiqinin hərbi əməliyyatların dərhal həyata keçirilməsi demək deyil. O, Türkiyənin lazımi vaxt və lazımi şərtlərlə özünü müdafiə edəcək. Türkiyə İraqda yerəşən Kürdüstan İşçi partiyası başqa sözlə PKK döyüşçülərini ötən iki həftə ərzində 30 əsgəri və bir neçə mülki vətəndaşın qətlində ittiham edir. ABŞ prezidenti corc Buş dünən Ağ evdə təşkil edilən mərbuat konfransında İraqın şimalına əlavə qüvvə göndərilməsinin Türkiyənin maraqlarına zidd olduğunu bildirmişdi.
XS
SM
MD
LG