Accessibility links

Dünya ictimaiyyəti Pakistandakı bomba partlayışlarını tənqid edib


Dünya liderləri Pakistanın sabiq baş naziri Benazir Bhuttonu hədəfə alan bomba partlayışlarını tənqid ediblər. Ağ Ev hücumları dəhşətli faciə adlandırıb və hadisələrdə islamçı eksremistlərin məsuliyyət daşıdığını bildirib. Əfqanıstan prezidenti Həmid Karzai də partlayışları kəskin tənqid atəşinə tutub. Hindistanın Xarici İşlər Nazirliyinin sözçüsü Navtaj Sarna hücumları tənqid edərək, terrorizmlə mübarizəyə bütün regional dövlərlərin qoşulmalı olduğunu deyib. Qonşu Banqladeş bugün Pakistanı dəstəkləyən bəyanat verib. Çin və Avropa Birliyi də bomba partlayışını ittiham edib. BMT baş katibi Ban Ki Mun xəbəri eşidəndə şoka düşdüyünü və həlak olanların ailələrinin dərdlərinə şərik olduğunu deyib.
XS
SM
MD
LG