Accessibility links

Senat ABŞ vətəndaşlarının izlənməsini məhdudlaşdırır


ABŞ Senat Kəşfiyyat Komitəsi hökumətin daxili izləmə proqramına məhdudiyyətlər tətbiq edən qanun layihəsini təsdiq edib. Dünən 13:2 nisbətində qəbul edilmiş qanun məhkəməyə proqram üzərində geniş səlahiyyətlər verir. Məhkəmə həmçinin xaricdə yaşayan ABŞ vətəndaşlarının izlənilməsinə nəzarət edəcək. Ölçü hökumətə proqramda yardım göstərən Amerika telekomunikasiya şirkətlərinə immunitet verir. Bu müddəa komitənin Respublikaçı və Demokrat liderləri Buş administrasiyası ilə razılıq əldə etdikdən sonra əlavə olunub. Qanunun qüvvəyə minməsi üçün bütün Senatın onu təsdiq etməsi tələb olunurş Lakin Senator Kris Dodd immunitet haqda müddəaya görə səsverməni təxirə salacağını deyir.
XS
SM
MD
LG