Accessibility links

İtaliya, Fransa və İspaniya rəsmiləri Livana səfər edib


Bugün Fransa, İtaliya və İspaniya xarici işlər nazirləri Livana 1 günlük səfər ediblər. Prezident seçkilərindən 3 gün əvvəl baş tutan səfər zamanı nazirlər ölkədə uzun müddətdir davam edən siyasi çıxılmazlığı aradan qaldırmağa cəhd kimi rəqib fraksiyalar arasında razılığa gəlinməsini istəyəcək. Onların bu gün hökumət rəsmiləri və müxalif siyasi liderlərlə görüşməsi gözlənilir. Qeyd edək ki, seçkilərlə bağlı ilk parlament sessiyası hakimiyyətdə olan Suriya əleyhdarları ilə Hizbullahın başçılıq etdiyi Suriya tərəfdarları arasında razılıq əldə olunmadığından təxirə salınmışdı. Gələn həftə keçiriləcək sessiyanın da nəticə verməməsi ehtimal olunur.
XS
SM
MD
LG