Accessibility links

Fələstinlilər Ehud Olmertə sui-qəsd hazırlayıbmışlar


İsrail rəsmilərinin bildirdiyinə görə, Fələstin yaraqlıları İordan çayının qərb sahilində Mahmud Abbasla görüşündən öncə baş nazir Ehud Olmertə sui-qəsd hazırlayıbmışlar. İsrailin daxili işlər naziri Yuval Diskin kabinet iclasında cənab Abbasa sadiq olan silahlıların baş nazirin kortejinə Ceriko şəhəri yaxınlığında hücum etməyi planlaşdırdığını deyib. Onun sözlərinə görə, Fələstin rəsmilərinə sui-qəsd haqda xəbərdarlıq edilib və tələb olunub ki, 3 nəfər şübhəlini həbs etsinlər. Cənab Olmert avqustda qərb sahilinə güclü təhlükəsizlik altında səfər etmişdi. Diskin deyir ki, fələstinlilər şübhəliləri keçən həftə azad ediblər. Qarşı tərəfdən Fələstinin kəşfiyyat rəisi Tavfiq Tiravi hadisənin araşdırıldığını bildirib. O, şübhəlilərin azad edilməsi faktını inkar edib.
XS
SM
MD
LG