Accessibility links

Benazir Bhutto kampaniyasını davam etdirir


" hspace=2 src="/azerbaijani/images/AP__Benazir_Bhutto_meets_with_women_and_children_in_Karachi_eng_195_21oct07.jpg" width=209 align=left vspace=2 border=0>Pakistanın keçmiş baş naziri Benazir Bhutto bir neçə gün öncə baş verən partlayışa baxmayaraq öz kampaniyasını davam etdirir. O, bomba partlayışı zamanı yaralananlara dəstək məqsədilə bu gün yüksək təhlikəsizlik nəzarəti altında Kəraçi xəstəxanasına baş çəkib. Ən son məlumata görə, Bhuttonun qarşılama mərasimində baş verən partlayışlar nəticəsində 140 nəfər ölüb, 200-dən çox insan yaralanıb. Polisin hücumda şübhəli bilinən 3 nəfəri həbs etdiyi bildirilirdi. Ancaq Pakistanın daxili işlər naziri 3 şübhəlinin həbsi ilə bağlı xəbərləri təkzib edib. O, bir neçə nəfərin 2006-cı ildə Kəraçidə baş vermiş bomba partlayışı ilə əlaqədar saxlanıldığını deyib.

XS
SM
MD
LG