Accessibility links

Türkiyə Vaşinqtonu PKK-ya qarşı operativ tədbirlər görməyə çağırıb


Turkiyənin baş naziri Rəcəp Təyyib Ərdoğan Birləşmiş Ştatları Türkiyənin cənub-şərqinə hücumda günahlandırılan İraqın şimalındakı kürd üsyançılarına qarşı operativ tədbirlər görməyə səsləyib. Cənab Ərdoğan bu məsələni Birləşmiş Ştatların dövlət katibi Kondoliza Raysla telefonla müzakirə etdiyini və xanım Raysın ondan bir neçə gün səbr göstərməyi xahiş etdiyini deyib.

Dünən Türkiyənin Hakkari vilayətində PKK yaraqlıları Türk hərbiçilərini pusquya salaraq, 12 əsgəri qətlə yetirmişlər. Türkiyə ordusunun isə 32 kürd üsyançısını öldürdüyü bildirilir. PKK qarşıdurma zamanı 8 türk əsgərini ələ keçirdiyi deyir. Bu gün həmin əsgərlərdən yeddisinin adı açıqlanıb.

Bu gün isə İstanbulda 2000-ə yaxın adam PKK-ya və kürd üsyançılarına qarşı təcili hərbi əməliyyatlara keçilmədiyinə görə, cənab Ərdoğana qarşı etiraz aksiyası keçirmişlər.

XS
SM
MD
LG