Accessibility links

Benəzir Bhuttoya qarşı hücumda  iki intiharçıdan şübhələnilir


Pakistan təhqiqatçıları ötən cümə axşamı sabiq baş nazir Benəzir Bhuttoya hücumda bir yox, iki intiharçıdan şübhələnirlər. Rəsmilər ilk öncə bir intiharçının özünün qumbara ilə partladaraq, 140 nəfəri öldürüdüynü güman edirdilər. Karaçidə müstəntiqlər o vaxtdan bəri ikinci hücumçunun başını aşkar etdiklərini deyirlər.

Bu gün xanım Bhutto Pakistanın banisi Məhəmməd Əl-Cİnnənin məqbərəsini ziyarət etmiş və partlayışlar üzərində müstəqil istintaqın aparılmasına çağırmışdır. Pakistanın daxili işlər naziri isə bu çağırışı rədd edərək, ölkənin öz hüquq mühafizə orqanlarının işin öhdəsindən gələ biləcəyini vurğulayıb.

XS
SM
MD
LG