Accessibility links

Robert Geyts Avropada raketdən müdafiə fəaliyyətlərinin yubana biləcəyini deyib


ABŞ-ın müdafiə naziri Robert Qeytsin sözlərinə görə, Birləşmiş Ştatlar Avropadakı raketdən müdafiə fəaliyyətlərini yubada bilər. Nazir bu gün Praqada Çex Respublikasının baş naziri Mirek Topolaneklə danışıqlar apardıqdan sonra bu açıqlamanı verib. Cənab Qeyts deyib ki, planın yubanması ABŞ-ın Polşa və Çex Respublikasında raketdən müdafiə sistemlərinin quraşdırılmasına etiraz edən Rusiyaya təklif olunmuşdu. Onun sözlərinə görə, bu məsələ hələ də hazırlıq mərhələsindədir.
XS
SM
MD
LG